Sumqayıtda iki nəfər yol qəzasında xəsarət aldı

Hadisə

19.07.2024 21:50

Sumqayıtda Çerkassi küçəsində yol-nəqliyyat hadisəsi baş verib.

TodayPress xəbər verir ki, "Hyundai" və "Kia" markalı minik avtomobillərinin toqquşması nəticəsində 2 nəfər xəsarət alıb.

Yaralılar Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

tag: Sumqayıt, Qəza, Xəsarət, Nəqliyyat, todaypress.az,