Sumqayıtda hündürlükdən yıxılan 91 yaşlı qadın öldü
Hadisə
03.12.2024 14:17
Sumqayıt şəhərində hündürlükdən yıxılan 91 yaşlı qadın ölüb.
TodayPress-in məlumatına görə, hadisə şəhərin 9-cu mikrorayonunda qeydə alınıb.
Yaşadığı binanın 9-cu mərtəbəsindən yerə yıxılan 1933-cü il təvəllüdlü Tamella Hüseyn qızı Mehdizadə hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.
tag: Sumqayıt, Qadın, Ölüm, Bina, Vəfat, Hadisə, todaypress.az,