Sumqayıtda binada yanğın baş verdi: 6 nəfər təxliyə olundu

Hadisə

14.12.2024 18:20

Sumqayıt şəhərində yanğın olub. 

TodayPress FHN-ə istinadən xəbər verir ki, doqquzmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 60 m² olan 3 otaqlı mənzilin yataq otağında 6 m² sahədə ev əşyaları yanıb.

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən tüstülənmiş mənzillərdən 6 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

tag: Sumqayıt ,Yanğın ,Bina,Ev,Todaypress.az,