Sumqayıtda avtomobil yolu keçmək istəyən piyadanı vuraraq öldürdü
Hadisə
23.12.2024 21:30
Sumqayıtda avtomobil
yolu keçmək istəyən piyadanı vuraraq öldürüb.
TodayPress xəbər verir ki, hadisə şəhərin 45-ci
məhəllə ərazisində qeydə alınıb.
1995-ci il təvəllüdlü İlqar Firudin oğlu Paşazadə idarə
etdiyi “Hyundai Elantra” markalı avtomobillə hərəkətdə olan zaman yolu keçən
qadın piyadanı vurub.
Yaralı xəstəxanaya aparılsa da, onun həyatını xilas etmək
mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
tag: Sumqayıt, Qəza, Piyada, Xəsarət, todaypress.az,