Sumqayıtda avtomobil piyadanı vuraraq öldürdü

Hadisə

04.12.2024 02:44

Sumqayıtda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

TodayPress xəbər verir ki, hadisə M.Qorki küçəsində qeydə alınıb.

“Volvo” markalı avtomobil piyada, 1988-ci il təvəllüdlü Elvin Sahil oğlu Məmmədovu vurub.

Piyada aldığı xəsarətlərdən hadisə yerindəcə keçinib.

Faktla bağlı araşdırma aparılır.

 

tag: Sumqayıt, Piyada, Ölüm, Hadisə, Volvo, todaypress.az,