Sumqayıtda 45 yaşlı kişi dənizdə batdı

Hadisə

05.07.2024 00:20

Sumqayıtda 45 yaşlı kişi dənizdə batıb.

TodayPress xəbər verir ki, hadisə çimərlik üçün nəzərdə tutulmayan ərazidə baş verib.

Belə ki, 1979-cu il təvəllüdlü Nüsrət Yolçu oğlu Abdullayev dənizdə çimərkən boğulub.

Meyit sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

tag: Sumqayıt, Dəniz, Nüsrət Abdullayev, Batmaq, todaypress.az,