Sumqayıtda 40 yaşlı kişi kafedə öldü

Hadisə

29.11.2024 13:25

Sumqayıt şəhərində 40 yaşlı kişi kafedə ölüb.

TodayPress məlumatına görə, hadisə şəhərin 9-cu mikrorayon ərazisində yerləşən kafelərdən birində baş verib.

Bildirilib ki, kafedə halı qəfil pisləşən 1984-cü il təvəllüdlü Anar İlham oğlu Mustafayev orada keçinib. Onun ürək tutmasından öldüyü bildirilir.

Faktla bağlı araşdırma aparılır.

tag: İldırım, Kafe, Araşdırma, Sumqayıt, Hadisə, todaypress.az,