Sumqayıt şəhərində bank kartından oğurluq edən şəxs saxlanıldı
Sumqayıt şəhəri ərazisində bir nəfərin bank kartından 473 manatının oğurlanması barədə polisə məlumat daxil olub.
Bu barədə TodayPress-ə DİN-dən məlumat verilib.
Sumqayıt ŞPİ 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 59 yaşlı C.Əliyev müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.
tag: DİN,Polis,Bank Kartı,Oğurluq,Todaypress.az,