Siyəzəndə iki avtomobil toqquşdu, ölən var
Hadisə
16.11.2024 21:57
Siyəzən rayonunda ölümlə nəticələnən
yol-nəqliyyat hadisəsi baş verib.
TodayPress xəbər verir ki, rayonun Yenikənd kəndində
1985-ci il təvəllüdlü Anar Fətulla oğlu Teymurovun idarə etdiyi
"VAZ-2106" markalı minik avtomobili ilə 1993-cü il təvəllüdlü Yasər
Aris oğlu Bağırovun idarə etdiyi “Opel” markalı avtomobil toqquşub.
Nəticədə A.Teymurov aldığı bədən xəsarətlərindən hadisə
yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.
tag: Siyəzən, Ölüm, Yenikənd, VAZ-2106, Opel, todaypress.az,