Şirvanda yol qəzası - Yaralılar var

Hadisə

02.05.2025 23:30

17

Şirvan rayonunda iki avtomobilin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsində beş nəfər yaralanıb.

TodayPress xəbər verir ki, hadisə bu gün axşam saatlarında şəhərin mərkəzində qeydə alınıb.

İlkin məlumata görə, iki avtomobilin toqquşması nəticəsində 5 nəfər xəsarət alıb. Xəsarət alanlar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

tag: Şirvan, Qəza, Avtomobil, Yol-Nəqliyyat, todaypress.az,