Şirvanda dələduzluq edən şəxs saxlanıldı - FOTO
Hadisə
26.10.2024 12:25
Şirvanda dələduzluq edən şəxs saxlanılıb.
Şirvan Şəhər Polis Şöbəsindən TodayPress-ə verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə dələduzluq etməkdə şübhəli bilinən Fərhad Xəlilov saxlanılıb.
Saxlanılan şəxs zərərçəkənlərin etibarından sui-istifadə edərək onlara yüksək məvacibli işlə təmin olunmalarında köməkliklər göstərəcəyi barədə yalan vədlər verib. F.Xəlilov ümumilikdə 15000 manat pulu dələduzluq yolu ilə ələ keçirib. F.Xəlilov barəsində məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Saxlanılan şəxsin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə polisə məlumat verə bilərlər.
tag: Şirvan, Dələduzluq,Pul, Araşdırma, todaypress.az,