Şirvanda 72 yaşlı kişi Kürdə batıb
Hadisə
03.06.2024 17:01
Fövqəladə
Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Kür çayının
Şirvan şəhəri, Hacıqəhrəmanlı qəsəbəsi ərazisindən keçən hissəsində 1 nəfərin
batması barədə məlumat daxil olub.
Bu
barədə TodayPress-ə FHN-in Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib
ki, məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə
Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.
Əlavə
məlumat veriləcək.
***
Kür
çayında batan şəxsin kimliyi məlum olub. APA-nın məlumatına görə, Şirvan
sakini, 1952-ci il təvəllüdlü Piriyev Əli Məstan oğlu Kür çayının Şirvan şəhəri,
Hacıqəhrəmanlı qəsəbəsi ərazisindən keçən hissəsində batıb. Axtarışlar davam
edir.
tag: Şirvan, Fövqəladə, Nazirlik, Kür, Çay, todaypress.az,