Sirkə turşusundan zəhərlənən qadın xəstəxanada öldü
Hadisə
23.11.2024 19:55
Sabirabadda sirkə turşusundan zəhərlənən qadın xəstəxanada ölüb.
TodayPress xəbər verir ki, rayonunun
Güdəcühür kəndində məskunlaşan Cəbrayıl rayonunun Şahvəlli kənd sakini, 1957-ci
il təvəllüdlü Əhmədova Pəkuzə Məhəmməd qızı 2 gün əvvəl 72%-li sirkə
turşusundan zəhərlənib. 67 yaşlı qadın mədənin və qida borusunun kimyəvi yanıq
diaqnozu ilə Şirvan şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.
Həkimlərin səyinə baxmayaraq, o, müalicə aldığı xəstəxanada vəfat edib.
tag: Sabirabad, Sirkə, Zəhərlənmə, Cəbrayıl, Ölüm, todaypress.az,