Serbiya Prezidentinin təyyarəsi Bakıdan yola düşdü - YENİLƏNDİ
Serbiya Prezidenti Aleksandr Vuçiçin təyyarəsi Bakıdan Moskvaya yola düşüb.
TodayPress xəbər verir ki, bu barədə Serbiyanın "Vreme" jurnalı məlumat yayıb.
16:09
Moskvaya yola düşən Serbiya Prezidenti Aleksandar Vuçiçin təyyarəsi Bakıya məcburi eniş etmək məcburiyyətində qalıb.
TodayPress xəbər verir ki, bu barədə Serbiya mediası məlumat yayıb.
Məlumata görə, Vuçiçin təyyarəsi Ukraynadakı müharibə və Rusiyanın hava məkanındakı hərbi əməliyyatlar səbəbindən Azərbaycanda məcburi eniş etmək məcburiyyətində qalıb.
Qeyd edək ki, Vuçiç 9 May münasibətilə Qırmızı meydanda Qələbənin 80 illiyinə həsr edilmiş hərbi paradda iştirak etmək üçün Rusiya paytaxtına yola düşüb.
(APA)
tag: Serbiya,Aleksandr Vuciç,Təyyarə,Eniş,Todaypress.az,