Şəmkirdə yük avtomobili yandı
Hadisə
02.11.2024 08:34
Şəmkirdə yanğın hadisəsi baş verib.
TodayPress-in görə hadisə rayonun
Kraz yolu adlanan ərazisində qeydə alınıb.
Belə ki,
"Qazel" markalı yük avtomobilinin mühərrik hissəsində anidən yağın
başlayıb.
Dərhal hadisə
yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin
Şəmkir Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən avtomobilləri
və canlı qüvvəsi cəlb olunub.
Yük
avtomobilində baş verən yanğın yanğın söndürənlər tərəfindən söndürülüb,
avtomobilin qalan hissəsi mühafizə edilib.
Həmçinin yol
kənarındakı kommunikasiya xətləri də yanğından mühafizə olunub.
Bundan başqa
əraziyə Şəmkir rayon polis şöbəsinin əməkdaşları cəlb olunub və ərazidə
təhlükəsizlik tədbirləri həyata keçirilib.
Baş vermiş
yanğın hadisəsi ilə bağlı araşdırma aparılır.
tag: Şəmkir, Avtomobil, Yük, Yanğın, FHN, todaypress.az,