Şəmkirdə maşın piyadanı vuraraq öldürdü
Şəmkirdə piyadanın ölümü ilə nəticələn yol qəzası baş verib.
TodayPress
xəbər verir ki, hadisə rayonda yerləşən marketlərin birinin qarşısında qeydə
alınıb.
Hərəkətdə olan
avtomobil yolu keçmək istəyən təxminən 50-60 yaşlı Z.Səmədzadəni vurub.
Qadın
xəstəxanaya aparılarkən yolda ölüb.
Hadisə yerinə
polis əməkdaşları cəlb olunub.
Faktla bağlı
araşdırma aparılır.
tag: Qəza,Şəmkir, Ölüm,Polis,todaypress.az,