Şəmkirdə iki yaşlı uşaq maşın vurması nəticəsində həyatını itirdi
Şəmkirdə piyadanın ölümü ilə nəticələnən
yol qəzası baş verib.
TodayPress xəbər verir ki,
hadisə rayonun Daşbulaq kəndində qeydə alınıb.
Hərəkətdə olan minik
avtomobilli yolu keçmək istəyən 2022-ci il təvəllüdlü Ümid Vəliyevi vurub.
Azyaşlı xəstəxanaya aparılıb.
Həkimlərin tibbi müdaxiləsinə baxmayaraq, 2 yaşlı uşağın həyatını xilas etmək
mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
tag: Şəmkir, Azyaşlı, Daşbulaq, Ümid Vəliyev, todaypress.az,