Şəmkirdə 5 yaşlı uşağı maşın vurub öldürdü
Şəmkirdə piyada ölümü ilə nəticələn yol nəqliyyat hadisəsi baş verib.
TodayPress xəbər verir ki, hadisə Şəmkir şəhərin Səməd Vurğun küçəsində qeydə alınıb. Hərəkətdə olan "VAZ" markalı minik maşını 5 yaşlı Amin İslamlını vurub.
Piyada xəstəxanaya
aparılarkən yolda ölüb. Faktla bağlı araşdırma aparılır (apa).
tag: Şəmkir, Yol nəqliyyat, Hadisə, Səməd Vurğun küçəsi, todaypress.az,