Səlyanda ağır yol qəzası - bir ölü, beş yaralı
Hadisə
07.09.2024 01:56
Salyan rayonunda ağır yol qəzası baş verib.
TodayPress xəbər verir ki, hadisə Ələt-Astara magistral
yolunun rayonun Xıdırlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
İlkin məlumata görə, hərəkətdə olan avtomobil yolun
kənarında dayanan digər nəqliyyat vasitəsinə çırpılıb.
Qəza nəticəsində Neftçala rayon sakinləri - Həşimzadə
Kamran Əlihüseyn oğlu, Əliyeva Dilbər Habil qızı, Həşimzadə Mədinə Azər qızı,
Əliyev Azər Atakişi oğlu, Həşimzadə Əli Kamran oğlu, Həşimzadə Əlihüseyn Kamal
oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Xəsarət alanlar Salyan Mərkəzi Rayon Xəstəxanasına
çatdırılıb. Lakin Kamran Həşimzadənin həkimə qədər ölüm faktı qeydə alınıb.
Faktla bağlı araşdırma aparılır.
tag: Qəza,Səlyan,Ölü, Avtomobil, Neftçala,todaypress.az,