Sel suları Ağsuda avtomobil yolunu yararsız hala saldı
Yağışlı hava şəraiti ilə əlaqədar Ağsuçaydan keçən sel suları rayonun Arat-Curuxlu-Maşadqanlı kənd avtomobil yolunun bir hissəsini yararsız hala salıb.
TodayPress xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidməti məlumat yayıb.
Hazırda Maşadqanlı kəndi ilə rayon mərkəzinin nəqliyyat əlaqəsində müəyyən məhdudiyyət yaranıb. Əraziyə polis, digər aidiyyəti qurumların əməkdaşları və texnika cəlb olunub.
Yolun açılması istiqamətində işlər görülür.
tag: DİN,Sel,Ağsu,Yol,Todaypress.az,