Sel nəticəsində heyvan sığınacağı yararsız vəziyyətə düşdü
Abşeronun Pirəkəşkül qəsəbəsində sahibsiz itlərin saxlandığı sığınacaq yağıntılardan sonra yararsız vəziyyətə düşüb.
TodayPress xəbər verir ki, bunu "Oxu"az-a açıqlamasında "BARS Sahibsiz Heyvanlara Qayğı İctimai Birliyi"nin təsisçisi Leyla Axundova bildirib.
"Bizim öz gücümüzə yaratdığımız sığınacaqda təxminən 130 it yerləşdirilib. Yağışdan sonra 20-yə yaxın it sel nəticəsində tələf oldu. Hazırda bu sığınacağın yerləşdiyi ərazi itlərin yaşaması üçün yararsızdır. Biz itləri yaşayış üçün daha uyğun bir sahəyə keçirməyə çalışırıq. Buna görə insanlardan yardım istəyirik. İndiyədək sığınacağımız sakinlərdən maddi yardımlar sayəsində fəaliyyətini davam etdirib. İndi isə bu itlərin köçürülməsində kömək lazım olacaq" deyə o bildirib.