Şəkidə doğuş zamanı ana niyə ölüb? – RƏSMİ
Hadisə
17.02.2025 12:36
Şəkidə ana doğuşdan sonra ölüb.
Məsələ ilə bağlı TodayPress-in sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, 14.02.2025-ci il tarixində 1998-ci il təvəllüdlü hamilə qadın Şəki Perinatal Mərkəzə müraciət edib.
Ona "38 həftəlik hamiləlik, uşaqlıq üzərində iki çapıq" diaqnozu qoyulub və həmin gün saat 11:50-də cərrahi yolla doğuş prosesi icra olunub, sağlam körpə dünyaya gəlib.
"Bir gün sonra - 15.02.2025-ci il tarixində günorta saatlarında zahı qadının halı pisləşib, boğulmadan şikayət edib. Dərhal Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinə yerləşdirilən zahı pasiyentə təxirəsalınmaz reanimasiyon tədbirlər göstərilib. Həkimlərin çoxsaylı xilasetmə cəhdlərinə baxmayaraq, saat 14:15-də şəxsin ölüm faktı qeydə alınıb" deyə bildirilib.
Qeyd edək ki, meyit təşrih olunması üçün aidiyyəti üzrə təhvil verilib.
Töhfə Səməd
tag: Şəki,Ana,Doğuş,TƏBİB,Todaypress.az,