Şəkidə çaqqal 64 yaşlı kişiyə hücum etdi
Hadisə
19.07.2024 23:58
Şəkidə örüşdə çaqqal 64 yaşlı
kişiyə hucum edib.
TodayPress xəbər verir ki,
hadisə axşam saatlarında rayonun Böyük Dəhnə kəndinin inzibati ərazisində
mal-qara üçün ayrılmış örüşdə baş verib.
1960-cı il təvəllüdlü Böyük Dəhnə
kənd sakini Nəsir Nurməmməd oğlu İsmayılov ailəsinə məxsus mal-qaranı örüşdən
evə aparmaq istəyən zaman ona caqqal hucum edərək sağ ayağın baldır nahoyəsindən
xəsarət yetirib.
N. İsmayılov özünü müdafiə etmək
üçün caqqalla mübarizə apararaq vəhşi heyvanı öldürüb.
Şəki Rayon Mərkəzi Xəstəxanasına
(RMX) müraciət edən N. İsmayılova lazımi tibbi yardım göstərilib, quduzluq əleyhinə
peyvənd vurulduqdan sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıb.
tag: Şəki, Çaqqal, Dəhnə, Hücum, todaypress.az,