Şəkidə 15 yaşlı yeniyetməni maşın vurdu

Hadisə

11.10.2024 22:13

Şəkidə 15 yaşlı yeniyetməni maşın vurub.

TodayPress xəbər verir ki, hadisə axşam saat 21 radələrində rayonun Qoxmuq kəndi ərazisində baş verib.

Kənd sakini 2009-cu il təvəllüdlü Asim Azər oğlu Abdurahmanlını minik avtomobili vurub.

Qəza zamanı müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan A. Abdurahmalı Şəki Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

tag: Maşın,Hadisə, Şəki, Qoxmuq, todaypress.az,