Sədərəkdə piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verdi

Hadisə

27.06.2024 14:43

Sədərək rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

TodayPress xəbər verir ki, qəza Naxçıvan-Sədərək magistralında qeydə alınıb. Hadisə nəticəsində piyada Sədərək rayon Dəmirçi kənd sakini, 1986-cı il təvəllüdlü Məmmədov Xəyal Əsgər oğlu ölüb.

Faktla bağlı araşdırma aparılır.

tag: Sədərək, Piyada, Yol-Nəqliyyat, Dəmirçi Kənd, Qəza, todaypress.az,