“Sədərək” ticarət mərkəzini niyə su basdı? - AÇIQLAMA

Hadisə

15.08.2024 11:48

Bu gün səhər saatlarında Bakıda yağışdan sonra Lökbatanda yerləşən “Sədərək” ticarət mərkəzinin bəzi hissələrini su basıb. Hadisənin görüntüləri sosial şəbəkələrdə yayılıb. Görüntülərdən məlum olur ki, ticarət mərkəzindəki kanalizasiya xəttindən yağış suları daşaraq ticarət obyektlərinin qarşısına dolub.

Məsələ ilə bağlı Sədərək” Ticarət Mərkəzinin mətbuat katibi Kəmaləddin Qədim TodayPress-ə açıqlama verib. Onun sözlərinə görə, hazırda ərazidə ciddi problem yoxdur:

“Bir müddət bundan öncə ərazini su basanda tədbirlər görülmüşdü. Su matorları dəyişilib. Əlavə kanalizasiya xəttində köhnə turbalar yenisi ilə əvəz olunub. Bugünkü yağışdan bir-iki mağazaya ziyan dəymiş ola bilər. Bu da kanalizasiya borularında yaranan çatlama ilə əlaqəlidir”.

Qeyd edək ki, analoji hal dəfələrlə yaşanıb. 

Günəş Mərd

tag: Sədərək, Kanalizasiya, Kəmaləddin Qədim, Bakı, Lökbatan, todaypress.az,

photo