Səbaildə saxlanılan şəxslərdən heroin aşkarlandı

Hadisə

07.09.2024 15:44

Səbail Rayon Polis İdarəsi əməkdaşları tərəfindən keçirilən tədbirdə narkotik vasitələrin satışı və qanunsuz dövriyyəsi ilə məşğul olan əvvəllər məhkum olunmuşlar Elvin İsmayılov və tanışı S.Gözəlova saxlanılıblar.

DİN-in mətbuat xidmətindən TodayPress-ə verilən xəbərə görə, onların üzərindən 2 kiloqramdan çox narkotik vasitə olan heroin aşkarlanıb.

Saxlanılan şəxslər ifadələrində narkotik vasitələri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşlarından əvvəlcədən müəyyənləşdirilən məkanlardan götürərək satışını həyata keçirməyi və maddi qazanc müqabilində ayrı-ayrı ünvanlara çatdırmağı planlaşdırdıqlarını bildiriblər.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

tag: DİN, Hadisə ,Narkotik, Cinayət ,Səbail Rayonu, todaypress.az,