Saxta sertifikatlı plastik cərrahlarla bağlı istintaq davam edir
Hadisə
20.01.2025 12:30
"Səhiyyə Nazirliyi və Baş Prokurorluq saxta sertifikatlı plastik cərrahlarla bağlı birgə komissiya yaradıb. Səhiyyə Nazirliyinin müraciəti əsasında faktlarla bağlı cinayət işi başlanılıb".
TodayPress xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev jurnalistlərə açıqlamasında deyib.
Kamran Əliyev deyib ki, istintaq davam edir, gedişat barədə ətraflı məlumat veriləcək:
"Belə halların bir daha baş verməməsi üçün Baş Prokurorluq aidiyyəti qurumlarla bağlı qabaqlayıcı tədbirlər görür. Bu sahədə problemlər araşdırılır və gələcəkdə baş verməməsi ilə bağlı tədbirlər görülür".
tag: Plastik Cərrah, Səhiyyə Nazirliyi, Baş Prokuror, Kamran Əliyev, todaypress.az,