Samuxda süni sututarında batan şəxsin axtarışları aparılır

Hadisə

09.02.2025 16:40

1560

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Samux rayonunun Sarıqaya kəndində süni sututarında 1 nəfərin batması barədə məlumat daxil olub.

TodayPress xəbər verir ki, məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.

Əlavə məlumat veriləcək.

tag: FHN,112,Samux ,Sarıqaya ,todaypress.az,