Samuxda minik avtomobili yük maşını ilə toqquşdu, ölən var

Hadisə

22.11.2024 21:45

Samux rayonunda iki nəqliyyat vasitəsinin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

TodayPress xəbər verir ki, hadisə rayonun Əhmədbəyli kənd yolunda qeydə alınıb.

Yük və minik avtomobillərinin toqquşması nəticəsində 1985-ci il təvəllüdlü Ceyhun Nəzərov aldığı xəsarətdən keçinib.

Faktla bağlı araşdırma aparılır.

 

tag: Qəza, Araşdırma,Nəqliyyat, Samux, Əhmdbəyli, todaypress.az,