Samuxda iki avtomobil toqquşdu, ölən var
Hadisə
07.09.2024 23:25
Samux rayonunda ölümlə nəticələnən
avtomobil qəzası olub.
TodayPress xəbər verir ki, "Hyundai" və
"Lada-21015" markalı avtomobillərin toqquşması nəticəsində 1945-ci il
təvəllüdlü Gilə Məmmədova dünyasını dəyişib.
Qəzada bir neçə nəfər xəsarət alıb və xəstəxanaya
çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
tag: Samux, Ölüm, Hadisə, Qəza,Lada- 21015, todaypress.az,