Samux sakinindən narkotik vasitə və silah aşkarlandı - FOTO
Hadisə
06.01.2025 12:08
Samux Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən və odlu silah-sursat saxlayan Ş.İsayev saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan TodayPress-ə verilən məlumata görə, ondan narkotik vasitə marixuana aşkar olunub.
Davam etdirilən tədbirlərlə saxlanılan şəxsin yaşadığı ünvandan qanunsuz olaraq əldə edərək saxladığı “Kalaşnikov” markalı avtomat, həmin silaha aid 1 ədəd daraq və 4 ədəd patron aşkarlanaraq götürülüb.
Faktla bağlı Samux Rayon Polis Şöbəsində araşdırma aparılır.
tag: Samux ,Narkotik, Silah, Saxlanılma, todaypress.az,