Şamaxıda motosiklet avtomobillə toqquşdu

Hadisə

19.07.2024 20:33

Şamaxıda motosiklet "Toyota" markalı avtomobillə toqquşub.

TodayPress xəbər verir ki, hadisə nəticəsində motosikleti idarə edən 1997-ci il təvəllüdlü Qubatov Nahid Zahir oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə rayon mərkəzi xəstəxanasına çatdırılıb.

Hazırda vəziyyətinin stabil olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

tag: Şamaxı, Motosiklet, Avtomobil, Qəza, todaypress.az,