Şamaxıda DAVA: 1 nəfərin öldü, 2 nəfər yaralandı
Hadisə
01.01.2025 21:56
Yanvarın 1-də saat 20 radələrində Şamaxı
şəhərində 43 yaşlı Zaur Osmanovla qardaşlar – 42 yaşlı Məqatil Alıyev və 53
yaşlı Vüqar Alıyev arasında şəxsi münasibətlər zəminində mübahisə yaranıb.
TodayPress xəbər verir ki, mübahisə zəminində
tərəflər bir-birilərinə kəsici alətlə xəsarət yetiriblər.
Nəticədə V.Alıyev aldığı xəsarətlərdən ölüb, digər iki
nəfər isə xəstəxanaya yerləşdirilib.
Araşdırma aparılır. Məlumatı DİN-in Mətbuat Xidmətinin
regional qrupundan təsdiq ediblər.
tag: Şamaxı, Dava, Yaralı, Ölüm, Mübahisə, Kəsici, todaypress.az,