Salyanda avtomobil kanala aşdı, ölən var

Hadisə

09.10.2024 02:19

Salyanda avtomobil kanala aşıb, ölən var.

TodayPress hadisə köhnə ələt-Astara magistralının rayonun Yenikənd kəndi ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “VAZ-21015” markalı avtomobil anidən idarətmədən çıxaraq kanala aşıb.

Qəza nəticəsində rayonun Şəkərli kənd sakini, 1986-cı il təvəllüdlü Nəcəfov Ruslan Əlsəməd oğlu hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

tag: Salyan,Astara, Yenikənd, Vaz-21015, todaypress.az,