Salyanda avtomobil 68 yaşlı qadını vuraraq öldürdü
Hadisə
29.10.2024 00:18
Salyan rayonunda avtomobil qadını vuraraq öldürüb.
TodayPress xəbər verir ki, hadisə
bu gün axşam saatlarında şəhərin mərkəzində baş verib.
Belə ki, yolu keçmək istəyən zaman şəhər sakini,
1956-cı il təvəllüdlü Ağayeva Naibə Hidayət qızını avtomobil vurub.
Qadın hadisə yerində keçinib. Faktla bağlı araşdırma
aparılır.
tag: Saatlı, Qəza, Ölüm, Avtomobil, todaypress.az,