Salyanda 4 yaşlı uşağı əqrəb sancdı

Hadisə

20.09.2024 05:22

Salyanda 4 yaşlı uşağı əqrəb sancıb.

TodayPress xəbər verir ki, hadisə Yenikənd kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 2019-cu il təvəllüdlü Qəribli M.T. qızı əqrəb sancması diaqnozu ilə Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Doğmalarının dediyinə görə, uşaq həyətdə oynayarkən əqrəb barmağından sancıb.

Faktla bağlı araşdırma aparılır.

 

tag: Səlyan, Yenikənd,Əqrəb,Xəstəxana, todaypress.az,