Sahil qəsəbəsində yarımtikilidə uçqun: Ölən var
Fövqəladə Hallar Nazirliyinin “112" qaynar
telefon xəttinə Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi ərazisində
yarımtikilidə uçqun baş verməsi barədə məlumat daxil olub.
TodayPress xəbər verir ki, məlumatla əlaqədar FHN-in
Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə cəlb olunub.
Xilasedicilər xüsusi vasitələrin köməyi ilə
birmərtəbəli istifadə olunmayan köhnə yarımtikilidə dağıntı altında qalmış
vətəndaş - 1989-cu il təvəllüdlü Babayev Bəhruz Əbülfət oğlunun meyitini
çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən
araşdırma aparılır.
tag: FHN, Uçqun, Sahil Qəsəbəsi, Qaradağ,Ölüm, todaypress.az,