Şahbuzda minaya düşən şəxsin son vəziyyəti açıqlandı
Hadisə
12.08.2024 13:00
Şahbuzda minaya düşən şəxsin son vəziyyəti açıqlanıb.
TodayPress xəbər verir ki, Naxçıvan Muxtar Respublika Xəstəxanasının Reanimasiya Şöbəsinin şöbə müdiri Azər Məmmədov bildirib ki, avqustun 11-i axsam saat 21:20 radələrində Şərur rayon sakini Bəxtiyar Soltanov bədən nahiyəsinin müxtəlif yerlərində xəsarətlərlə təcili tibbi yardım şöbəsinə daxil olub.
"Vəziyyəti hazırda ağır qiymətləndirilərək reanimasiya şöbəsinə yerləşdirilib. Hazırkı diaqnozu açıq kəllə beyin travması, qansızma, baş-beyin ağır dərəcədə əzilməsi ilə reanimasiya şöbəsində müalicəsi davam etdirilir. Hazırda vəziyyəti ağırdır" deyə Azər Məmmədov deyib.
Qeyd edək ki, avqustun 11-də Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla təmas xətti olmuş və minalardan təmizlənməmiş "Qanlıgöl" yaylağı adlanan ərazisində mina partlayışı hadisəsi baş verib. Nəticədə 2005-ci il təvəllüdlü Şərur rayon sakini Bəxtiyar Sultanov müxtəlif dərəcəli xəsarətlər alıb. O, dərhal xəstəxanaya çatdırılaraq zəruri tibbi yardımlar göstərilib.
Faktla bağlı Şahbuz rayon prokurorluğunda araşdırma aparılır.
tag: Şahbuz,Naxçıvan Muxtar Respublikası, Ermənistan, Mina, Qanlıgöl, todaypress.az,