Şadlıq evində yanğın baş verdi

Hadisə

08.09.2024 10:45

Bakı şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 800 m² (hər mərtəbəsi 400 m²) olan ikimərtəbəli şadlıq evinin dam örtüyündə quraşdırılan havalandırma qurğusunun mühərriki və hava təmizləyici qurğu yanıb.

TodayPress xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, yanğından mühafizə bölmələri tərəfindən baş verən hadisənin qarşısı alınıb.

tag: Yanğın,Şadlıq evi,Söndürülüb,FHN,Bakı,todaypress.az,