Sabunçu tunelində batan digər şəxsin meyiti çıxarıldı
Hadisə
22.10.2024 16:25
Bakı şəhəri, Sabunçu rayonu ərazisində subasmaya məruz qalmış tuneldə batmış ikinci şəxs - 1995-ci il təvəllüdlü Abbasov Köçəri Fərman oğlunun cəsədi Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən suyun altından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
TodayPress xəbər verir ki, bu barədə FHN Mətbuat xidməti məlumat yayıb.
tag: Sabunçu, FHN, Su, Ölüm, Hadisə, todaypress.az,