Sabunçu rayonunda quldurluq etməkdə şübhəli bilinən şəxs saxlanıldı

Hadisə

07.04.2025 13:09

7

Sabunçu rayonu ərazisində yerləşən mağazaların birində naməlum şəxsin orada çalışan satıcını kəsici-deşici alətlə hədələyərək quldurluq etməsi barədə polisə məlumat daxil olub.

Bu barədə TodayPress-ə DİN-in Mətbuat Xidmətindən məlumat verilib.

Sabunçu RPİ 12-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 25 yaşlı E.Məmmədov müəyyən olunaraq saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb.

Araşdırmalar aparılır.

tag: Quldurluq ,Polis ,Şöbə,Pul ,todaypress.az,