Şabranda üç nəfərin meyiti tapıldı
Şabranda çayda üç nəfərin meyiti tapılıb.
TodayPress xəbər verir ki, onlar “Siyəzənneft” Neft-Qaz Çıxarma İdarəsinin əməkdaşı, Siyəzən rayon sakini, 63 yaşlı Füzuli Mövlud oğlu Paşayev, 59 yaşlı Şirvan şəhər sakini Məmmədov Nurməmməd Qəhrəman oğlu və 63 yaşlı Salyan rayon sakini Nağıyev Etibar Hafiz oğludur.
İlkin məlumata görə, onlar işə gedən zaman selə düşüblər.
Faktla bağlı Şabran rayon Prokurorluğunda araşdırma aparılır.
tag: Şabran,Meyit,Sel,Neftçi,todaypress.az,