Şabranda pirotexniki vasitələr satan şəxs saxlanıldı
Hadisə
21.12.2024 12:19
Şabran Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbir nəticəsində pirotexniki, eləcə də yüksək səsyayıcı qabiliyyətə malik partlayıcı və tezalışan məmulatların satışını təşkil edən şəxs saxlanılıb.
TodayPress xəbər verir ki, ondan müxtəlif növ pirotexniki vasitə götürülüb.
Həmin şəxs barəsində qanunamüvafiq tədbir görülüb.
tag: Şabran ,Pirotexniki ,Partlayıcı, Satış ,todaypress.az,