Şabranda avtomobil ağaca çırpıldı, iki qardaş öldü

Hadisə

10.05.2025 14:05

20

Bakı-Quba yolunun Şabran rayonunun Şahnəzərli kəndi ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib. 

TodayPress xəbər verir ki, "VAZ 21015" markalı nəqliyyat vasitəsi idarəetmədən çıxaraq ağaca çırpılıb.

Nəticədə avtomobildə olan iki qardaş Şabran rayonu, Gəndob kənd sakinləri, Elməddin və Əmrəli Fərzəliyevlər hadisə yerində həlak olublar. 

Faktla bağlı araşdırma aparılır.

(APA)

tag: Şabran,Qəza,Hadisə,Ölüm,Todaypress.az,