Sabirabadda pilləkəndən yıxılan bir yaşlı uşaq öldü
Hadisə
19.07.2024 22:36
Sabirabadda bir yaşlı uşaq
pilləkəndən yıxılaraq həyatını itirib.
TodayPress xəbər verir ki,
hadisə Qalağayın kəndində qeydə alınıb.
Belə ki, kənd sakini, 2023-cü
il təvəllüdlü Bağırov Mehdi Maşallah oğlu evdə valideynlərinin nəzarətindən
yayınaraq pilləkəndən yıxılıb.
İlkin məlumata görə, ağır kəllə-beyin
travması alan uşaq Sabirabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılarkən yolda
dünyasını dəyişib.
Faktla bağlı araşdırma
aparılır.
tag: Sabirabad , Hadisə, Qalağayın, Körpə, todaypress.az,