Sabirabadda minik avtomobili maneəyə çırpıldı, ölən və yaralanan var
Sabirabadda minik avtomobili maneəyə çırpılıb.
TodayPress xəbər verir ki, hadisə Sabirabad rayonunun Qaratoğay kəndində qeydə alınıb.
“VAZ 2107” markalı avtomobilin maneəyə çırpılması nəticəsində Güdəcühür sakini 1987-ci il təvəllüdlü Rəhimov Rəşad Rafayıl oğlu hadisə yerində ölüb. Qəza zamanı xəsarət alan Sabirabad rayonunun Güdəcühür kənd sakini, 2007-ci il təvəllüdlü Baxışlı Sahib Sədulla oğlu Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır. (apa.az)
tag: Sabirabad,minik,Avtomobil,Qəza,Ölüm,Yaralı,todaypress.az,