Sabirabadda bir ay əvvəl yanan 13 yaşlı qız öldü

Hadisə

14.05.2025 01:34

20

Sabirabadda bir ay əvvəl yanan evdə xəsarət alan 13 yaşlı qız ölüb.

TodayPress "APA"ya istinadən bildirir ki, aprelin 10-da Sabirabadın Bala Həşimxanlı kəndində Məmmədovlar ailəsinə məxsus evin yanması nəticəsində xəsarət alan Məmmədli Yasəmən Xalid qızı Bakıda xəstəxanada vəfat edib.

Qeyd edək ki, hadisə nəticəsində 6 nəfər müxtəlif dərəcəli yanıq xəsarətləri və tüstüdən zəhərlənmə diaqnozu ilə Şirvan xəstəxanasına yerləşdirilib. Ağır yanıq xəsarətləri alan ailə üzvlərindən biri - Məmmədli Yasəmən Xalid qızı isə Bakıda xəstəxanaya yerləşdirlib.

tag: Sabirabad,Qız, Ölüm, Hadisə, todaypress.az,