Sabirabadda 3 otaqlı evdə yanğın oldu

Hadisə

22.03.2025 14:20

1210

Sabirabadda 3 otaqlı evdə yanğın olub.

TodayPress xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, rayonunun Qaratəpə kəndində ümumi sahəsi 180 m² olan kürsülü, birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları yanıb. Bitişik talvar yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

tag: Sabirabad,Ev ,Yanğın,Fövqəladə Hallar Nazirliyi,todaypress.az,