Sabirabadda 1 yaşlı uşağın üstünə qaynar çaydan aşdı
Hadisə
25.09.2024 06:33
Sabirabad rayonunda 1 yaşlı uşağın üstünə qaynar çaydan aşıb.\
TodayPress xəbər verir ki, hadisə rayonun Xankeçən kəndində qeydə alınıb.
Kənd sakini, 2023-cü il təvəllüdlü Əhədov Əlimurad valideyn nəzarətindən yayınaraq qaynar çaydanı üstünə aşırıb.
Uşaq Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Xəstəxanada gövdənin ikinci dərəcəli termiki yanıq diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.
tag: Çaydan, Uşaq, Qaynar, Sabirabad, Salyan,todaypress.az,